Laçınlılar evlərinə kiçik ailə biznesi ilə qayıdacaqlar

1-12-2020, 23:18           
Laçınlılar evlərinə kiçik ailə biznesi ilə qayıdacaqlar
Proqram çərçivəsində verilmiş mal və materiallar, avadanlıqlar hesabına müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə bizneslərini qurublar

Azərbaycanın daha bir rayonu – Laçın erməni faşizminin əsarətindən azad edildi və 30 ilə yaxın davam edən Laçın həsrətinə son qoyulub. Bu gün Laçın rayonundan olan özünüməşğulluq proqramı iştirakçılarının da sevincinin, qürur duyğularının həddi-hüdudu yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən dövrdə proqrama cəlb olunanlar arasında laçınlılar da az deyil. Proqram çərçivəsində verilmiş mal və materiallar, avadanlıqlar hesabına müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə bizneslərini qurublar.

Onlar yaratdıqları bu bizneslərini də Laçına aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru