RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var - VİDEO

2-12-2020, 18:06           
RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var - VİDEO
RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun sözlərinə görə, sakinlərin demək olar ki, hamısında silah və ya partlayıcı var.

“Kiminsə çoxdan qalan qumbarası, bir başqasının avtomatı və sair. Biz məsələn Xankəndidə olanda, avtomobillə gedəndə könüllünün yanında avtomat var idi, maşının içində hər yerdə patronlar dağılmış vəziyyətdə idi. Sülhməramlılar bizi nəzarət məntəqəsində saxlayanda silahı gördükdən sonra onun qeydiyyatdan keçib-keçmədiyini soruşurdu. Təsdiq cavabı alandan sonra bizi buraxırdı”, - deyə jurnalist təəccüblə bildirib.

Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Bununla da Dağlıq Qarabağ ərazisində erməni silahlı qüvvələri olmamalıdır. Rusiyalı jurnalistin ermənilərdə kifayət qədər silah olması və bunun qarşısının sülhməramlılar tərəfindən alınmaması suallar doğurur. Bunu RBK-nın müxbiri də qizlətmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.