İnfarktın geniş məlum olmayan ilkin əlamətləri açıqlandı

3-12-2020, 03:13           
İnfarktın geniş məlum olmayan ilkin əlamətləri açıqlandı
Britaniya həkimləri bildiriblər ki, döş qəfəsində həmişə kəskin ağrıların olması heç də həmişə ürəktutma əlaməti deyil.

“Report” xəbər verir ki, bu barədə “Express” nəşri yazıb.

Alimlər qeyd edib ki, ürək tutması tez-tez bir sıra başqa əlamətlərlə də müşayiət olunur. Onların arasında əl ağrısı, başgicəllənmə, tez-tez tərləmə, ürək bulanması, nəfəsalmada çətinlik, həyəcanlılıq və hətta öskürək də var.

Ürəktutmanın səbəbi ürəkdə dövr edən qanın kafi miqdarıdır. Bu, əzələlərdə əlavə yüklənmə yaradır.

Bir qayda olaraq, insanlarda ürək tutmasının simptomları haqqında təsəvvür sinədə güclü ağrı ilə məhdudlaşır, amma əksər hallarda infarktın əlamətləri çox ola və hamısı ilk baxışda əhəmiyyətsiz görünə bilər.

"Bəzi hallarda sinədə ümumiyyətlə ağrılar olmaya da bilər, xüsusilə qadınlarda, yaşlı insanlarda və diabetdən əziyyət çəkən insanlarda", - Britaniyanın Milli Səhiyyə Xidmətində xəbərdarlıq ediblər.

Qeyd edilir ki, ürək tutması ürəyin işemik xəstəliyi əlamətidir. İnfarkt riskini azaltmaq üçün meyvə və tərəvəzi rasiona daha çox daxil etmək və idmanla məşğul olmaq lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru