Tibb dünyasında möcüzə: Ana və qızı arasında cəmi bir il fərq var - FOTO
3-12-2020, 10:01
ABŞ-da 1992-ci ildə dondurulan embrion sayəsində uşaq sahibi olan Tina və Benjamin Gibson bir ailə olaraq yeniliyə imza atıblar.
"New York Post” xəbər verir ki, Gibsonun körpəsi Molly tibbi ədəbiyyata canlı doğuşu həyata keçirilən ən uzun donmuş embrion kimi daxil olub. Digər tərəfdən, 29 yaşlı ana ilə qızı arasında texniki olaraq bir il yaş fərqi var.
ABŞ-ın Tennessi ştatında yaşayan Tina 2017-ci ilin noyabrında 24 il əvvəl donmuş embriondan Emmanı dünyaya gətirib.
Embrionların ikiqat dondurulduğunu öyrəndikdən sonra sağlam şəkildə yaşayan Emmaya bacı istəyən cütlük yenidən Milli Embrion İanə Mərkəzinə (NEDC) gedərək bu ilin oktyabr ayında digər embriondan başqa bir uşaq sahibi olublar.
ABŞ-ın Tennessi ştatında yaşayan Tina 2017-ci ilin noyabrında 24 il əvvəl donmuş embriondan Emmanı dünyaya gətirib.
"İllər əvvəl donmuş bir embrionun bu qədər gözəl bir körpəyə çevrildiyini görmək mənim üçün bir mükafat kimidir. Bu prosesin bir parçası olduğum üçün qürur duyuram. Embrionlar maye azot çənlərində -396 dərəcə temperaturda saxlanıldıqda, Mollidə olduğu kimi 27 ildən çox müddətdə saxlanıla bilər”, - deyə həkim Karol Sommerfelt bildirib.oxu24.com