Bu dərmanla koronaya qalib gəlmək olarmı? - Açıqlama

5-12-2020, 09:24           
Bu dərmanla koronaya qalib gəlmək olarmı? - Açıqlama
Son günlər sosial şəbəkələrdə yayılan iddialarda bildirilir ki, koronavirusdan şəxslər qan laxtalanması səbəbindən ölür və bunun qarşısını almaq üçün aspirindən istifadə etmək lazımdır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən həkim Qalib Əsədov bildirib ki, aspirin və digər qandurulducu dərmanların özbaşına istifadə edilməsi viruslu xəstələrdə ciddi problemlərə yol aça bilər:

"Düzdür, virus qanın laxtalanmasına təsir edir və çoxlu miqdarda trombların əmələ gəlməsinə səbəb olur. Viruslu xəstələrin müalicəsində bu səbəbdən aspirin və digər qan durulducu vasitələrdən istifadə edilir. Amma bu dərmanlar həkim məsləhəti ilə qəbul edilməlidir. Mədə yarası olan şəxs aspirin atarsa, mədədaxili qanaxmalar baş verə bilər. Bütün bunlar hamısı həkim nəzarəti altında olmalıdır. Laxtalandırma göstəriciləri aydın olandan sonra bu dərmanları qəbul etmək olar”.

Həkimin sözlərinə görə, orqanizm gənc olduqda bu preparatların qəbul edilməsinə ehtiyac yoxdur:

“Gənc orqanizm və immuniteti güclü olanlar 80-85 faiz hallarda koronavirusa heç bir dərman qəbul etmədən də qalib gəlirlər. Yüngül qızdırma və s. əlamətlər olan şəxslər isə vitamin və orqanizmə kömək edən digər vasitələrdən istifadə edirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru