Qulaqlardakı səs-küy sağlamlıqda hansı problemlərin əlamətidir?

15-01-2021, 06:01           
Qulaqlardakı səs-küy sağlamlıqda hansı problemlərin əlamətidir?
Qulaqlarda müntəzəm səs-küyün olması sağlamlıqla bağlı ciddi problemlərin mövcudluğuna dəlalət edir.

“Report” xəbər verir ki, bu barədə Amerika tədqiqatçılarının məlumatlarına istinadən “Express” yazıb.

Alimlər müəyyənləşdiriblər ki, qulaqlarda səs-küy - tinnitus (xaricdə səs olmadan qulaqlarda səs- küyün eşidilməsi-red) orqanizmdə B12 vitamininin çatışmazlığını göstərir. O, yalnız sinir sisteminin işinə cavab vermir, eritrositlərin və dezoksiribinuklein turşusunun hazırlanmasında da rol oynayır.

Ekspertlərin iddiasına əsasən, B12 həmçinin mielinin - əsəbləri əhatə edən qoruyucu və təcrid edən qabığın istehsalı üçün lazımdır. Vitaminin çatışmazlığı sinirlər arasında əlaqənin pisləşməsinə gətirir, bu isə qulaqlarda küyün yaranmasına imkan yarada bilər.

B12 çatışmazlığı həmçinin əl və ayaqlarda uyuşma, əzələ zəifliyi və refleks itkisinə səbəb ola bilər.

Tinnitus pasiyentlər tərəfindən uğultu, fışıltı, fit, cingilti, axan su səsi kimi səciyyələndirilə bilər.

Tinnitus əleyhinə dərmanlar hələ mövcud deyil. Ancaq təcrübədə müalicənin mühafizəkar metodlarından - medikomentoz terapiya, fizioterapiya, refleksoterapiya və eşitmə aparatlarından istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru