BBC: Pandora qutusu və ya Qars müqaviləsinin ləğvi kimə ziyandır? – Təhlil

9-02-2016, 22:39           

Dövlət Dumasının RFKP-dan iki deputatı 1921-ci ildə Rusiya ilə Türkiyə arasında bağlanmış “dostluq və qardaşlıq” haqda müqaviləni iki ölkə arasında soyuyan münasibətlər fonunda qüvvədən salmağı təklif edib.

Moskva müqaviləsi 1921-ci il martın 16-da RSFSR və Türkiyənin kamalçı hökuməti arasında imzalanıb. O, Batumiyə iddiadan imtina etmiş, lakin Batumi vilayətinin güney hissəsini və Ağrı dağı daxil olmaqla Ermənistan SSR-in bir hissəsini əldə etmiş (müəllif burada ciddi məlumatsızlığa yol verir-tərc.) Türkiyənin quzey-şərq sərhədlərini müəyyən edib.

Kommunist partiyasının deputatları Valeri Raşkin və Sergey Obuxov müqaviləni qüvvədən salmaq təklifi ilə Rusiya prezidenti Vladimir Putinə və Xarici İşlər naziri Sergey Lavrova məktub yazıblar.

“İzvestiya” qəzetinin sitat gətirdiyi məktubda deyilir:

“Türkiyə rəhbərliyi yaşlı həmkarlarının pis ənənəsi ilə ikili standartlara əsaslanan təcavüzkar, eqoist siyasətini ard-arda davam etdirir. Güman edirik ki, bununla bağlı qardaşlıq və dostluq haqda Türkiyə hökuməti ilə Sovet Rusiyası arasında 1921-cı il martın 16-da bağlanmış Moskva müqaviləsinin əbədi olmadığını Türkiyə hökumətinə xatırlatmaq bəd olmazdı”.

Tükiyə HHQ 2015-ci il noyabrın 24-də bir pilotun həlak olduğu Rusiyanın Su-24 təyyarəsini vurduqdan sonra iki ölkənin münasibətləri kəskin şəkildə pisləşdi. Türkiyə tərəfi bunu Rusiyanın onun hava məkanını pozması ilə izah etdi, lakin Moskva bu faktı inkar edir. Moskva türk mallarının Rusiyaya tədarükünə məhdudiyyətlər qoyub həmçinin Türkiyəyə turist vəsiqəsi satışını qadağan edərək Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etdi.

Obuxov BBC-yə müsahibəsində bu cür qərar qəbul edilərsə, müqavilənin qüvvədən salınmasının hansı nəticələr verəcəyini izah etməyə çətinlik çəkdi:

“Biz iki parlamentari kimi öz rəyimizi bildirdik. Hesab edirik ki, bu məsələ günün siyasi gündəminə çıxardılmalıdır, onu müzakirə etmək lazımdır”.

Lakin ekspertlər güman edirlər ki, bu təklifin nəticələri ciddi ola bilər. Şərqşünaslıq araşdırmaları, beynəlxalq münasibətlər və ictimai diplomatiya Mərkəzinin rəhbəri, türkoloq Vladimir Avatkovun fikrincə, 95 il əvvəlki müqavilədən imtina Rusiya və Türkiyənin münasibətlərindəki böhranı yalnız mürəkkəbləşdirər və uzaq keçmişdə qəbul edilmiş geopolitik qərarların yenidən nəzərdən keçirilməsi üçün “Pandora qutusu”nun ağzını aça bilər.

Təməlin sarsıdılması?

Putin və Lavrova məktubun müəlliflərinin fikrincə, Türkiyənin çağdaş geopoltik mövqeyi daha çox XX əsrin başlanğıcındakı bolşevik Rusiyası ilə sazişlərə əsaslanır. Obuxov BBC-yə bildirib: “Madam onlar bu cür antirusiya kampaniyası aparırlar, onda Rusiya dövləti münasibətlərimizin künc daşlarının əsaslarına diqqət yetirməyə borcludur”.

Osmanlı imperiyası dağıldıqdan sonra bolşeviklər Türkiyə cümhuriyyətinin gələcək banisi, imperializmə qarşı mübariz saydıqları Mustafa Kamalın (sonradan Atatürk soyadını götürdü) qüvvələrini dəstəklədilər. Türkiyə Böyük Millət Məclsi formalaşdırıldıqdan üç gün sonra Kamal RSFSR hökumətinə yazdı ki, Türkiyə “bütün fəaliyyətini və bütün hərbi əməliyyatlarını Rusiya bolşevikləri ilə birəşdirməyi” öhdəsinə götürür”.



Böyük Millət Məclisi sultanlığın 1920-ci il avqustun 10-da imzaladığı və Ermənistanı “azad vıə müstəqi dövlət” kimi tanıyan Sevr sülh müqaviləsini rədd etdi.

Müstəqil Ermənistan 1920-ci il Ermənistan-Türkiyə müharibəsində ərazisinin üçdə ikisini itirib məğlub oldu. Dekabrda bolşeviklər ölkədə hakimiyyəti qəsb etdilər. Buna kimi Azərbaycanda sovet quruluşu bərqərar oldu, sonra isə Gürcüstanda da hakimiyyət dəyişildi. Moskva müqaviləsi Gürcüstan və Ermənistan SSR-in sərhədlərini müəyyən etdi, lakin gələcək müttəfiq respublikalarsız imzalandı: onlar sonradan 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsinin tərəfləri kimi çıxış etdilər. İndiki Gürcüstan və Ermənistan bu müqavilənin etibarını qəbul etmir, çünki nəticədə Sevr müqaviləsində olduğundan az ərazi əldə etdilər. Qanunvericilər Moskva müqaviləsinin qüvvədən salınmasının siyasi nəticələri haqda son dərəcə inamsızlıqla danışırlar: Obuxovun sözlərinə görə, əvvəlcə “bu məsələni gündəliyə daxil etmək”, sonra isə “ekspertlərlə birlikdə, o cümlədən sonra nələr olacağı haqda müzakirə lazımdır”.

O dedi:

“Bu edilsə, Türkiyəyə, onun siyasətinə güclü xarici siyasi basqı olacaq və cənab Ərdoğanı ehtiyatlı olmağa məcbur edəcək. Hətta heç bir iş görülməsə də, qüvvədən salınmış müqavilə artıq böyük siyasi yüklə təzyiq göstərir".

Türkoloq Avatkov öz növbəsində hesab edir ki, bu cür addımın nəticələrini olduqca diqqətlə hesablamaq lazımdır, çünki Rusiya-Türkiyə münasibətlərindki böhrana daha bir aspekt - ərazi - əlavə etmək təhlükəli ola bilər.

Avatkovun sözlərinə görə, Qars müqaviləsi Moskva müqaviləsindən qaynaqlanır və uyğun olaraq sonuncunu qüvvədən salır, Rusiya faktiki olaraq Ermənistan və Gürcüstanın bu sənədlərlə təsbit edilmiş sərhədləri tanımaqdan imtinasını bəyənir.
O dedi:
“Müqavilənin qüvvədən salınması ideyasını təklif edərkən anlamaq lazımdır ki, bununla, bir tərəfdən, ermənilər və gürcülər bu müqavilələr nəticəsində itirilmuş ərazilərə iddia edə bilər, lakin digər tərəfdən türklər də deyə bilərlər ki, biz haradasa durmuşduq və bu bölgü ilə biz də razılaşmırıq”.

Türkoloq əlavə etdi ki, Ermənistan-Türkiyə müharibəsi başa çatarkən türk ordusu İrəvana müqavilənin nəzərdə tutduğundan yaxın idi.

Pandora qutusu

Moskva müqaviləsi Ermənistan ərazilərinin Türkiyə ilə Azərbaycan SSR arasında bölünməsini təsbit etdi. (Yazı müəllifi bu məqamda bölgənin tarixi və coğrafi geçəkliklərindən xəbərsiz olduğunu nümayiş etdirir-tərc.) Qars vilayəti və İrəvan quberniyasının Sürməli qəzası Ağrı dağı ilə birikdə Türkiyəyə qaldı, Naxçıvan qəzası isə üçüncü tərəfə verilmək hüququ olmadan sovet Azərbaycanının protektoratına keçdi.

Gürcüstan Batumi vilayətinin güney hissəsindən məhrum oldu, lakin Türkiyə bu müqavilə ilə Batumini yan-yörəsi ilə azad etməyi öhdəsinə götürdü. Bu o şərtlə edilmişdi ki, yerli əhaliyə geniş muxtariyyət, Türkiyəyə isə Batumi limanından rüsumsuz, azad tranzit hüququ veriləcək.

II dünya savaşından sonra sovet rəhbərliyi 1921-ci ildən sonra təsbit edilmiş ərazilərin bölünməsini qəbul etməməyə cəhd etdi, lakin Qərb dövlətləri bu məsələdə Türkiyəni müdafiə etdi.

SSRİ-nin ərazi iddiaları Türkiyənin 1952-ci ildə NATO-ya daxil olma səbəblərindən biri oldu (Alyansa üzv ölkələrdən SSRİ ilə ən uzun sərhəd Türkiyəninki idi). Bununla belə, 1953-cü ildə Stalinin ölümündən dərhal sonra sovet rəhbərliyi bu iddialardan formalcasına imtina etdi.

Rusiya EA dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər İnstitutunun baş elmi əməkdaşı Viktor Nadein-Rayevski müqavilənin qüvvədən düşməyinin mövcud sərhədlərə nə dərəcədə ciddi təsir edəcəyini öyrənməyin zəruriliyini bildirdi. O, RİA Novosti-yə deyib:

“Biz ATƏT çərçivəsində Avropa təhlükəsizliyi sistemi haqda müqavilə imzalamışıq və hərbsonrası sərhədlərin qarantıyıq. Uyğun olaraq, SSRİ-nin varisi kimi BMT TŞ-da və digər beynəlxalq təşkilatlarda yer aldıq və Avropadakı sərhədləri və onu saxlamağı zəmanətə götürdük. Bu öhdəlik beynəlxalq və prioritet səciyyə daşıyır”.

Hətta müqavilənin qüvvədən salınmasının müəllifi də əminlik ifadə etmədi ki, bunu doğrudan da etmək mümkündür.

Obuxov dedi:

“Hesab edirəm ki, müzakirə etmək mümkündür. Biz də hesab edirdik ki, Putinlə Ərdoğanın münasibətlərindən sonra bizim təyarəçilərə atəş açmaq və Türkiyənin mərkəzi meydanlarında bundan qürrələnmək olar. Məlum oldu ki, bu, Ərdoğan üçün mümkündür”.

Avatkovun fikrincə, Rusiya hökuməti 95 illik müqavilənin əvəzinə son illərdə Türkiyə ilə imzalanmş sənədləri yenidən nəzərdən keçirdə bilər. Avatkovun sözlərinə görə, bu sənədlər “gerçkləşməmiş hansısa bir illüziyadır”.

O, fikrini yekunlaşdırdı:

“Bax, illüziyalardan imtina etmək lazımdır, keçmişin gerçəkliyindən isə imtina etməyinə dəyməz, çünki bununla da Pandoranın qutusunu açmaq mümkündür”.

BBC.com, 09.02.2016












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.