Qaçılmaz aviaqəza: F-35 qırıcısının başının üzərini qara buludlar alır

22-02-2021, 07:46           
Qaçılmaz aviaqəza:
Problemi dərinləşdirən odur ki, F-35 qərbdə istehsal olunan yeganə “beşinci nəsil” qırıcıdır. ABŞ-ın avropalı müttəfiqləri özlərinin 5-ci nəsil qırıcılarını istehsal etməyə tələsmirlər

Çoxfunksiyalı F-35 Lightning II qırıcı-bombardmançısı Amerikanın müstəsnalığının və hərbi gücününün yüksək texnoloji simvolu olmalı idi, lakin hazırda biz ABŞ HSK-nın qüdrətinin tükəndiyinini “beşinci nəsil” görünməz təyyarənin yaxınlaşan qəzasını müşahidə edirik.

Amerikanın F-35 parkının üçdə ikisi mühərriklə problemlərə görə uçuşları yerinə yetirə bilmir. Təyyarənin çoxsaylı ciddi konstruktor nöqsanları var, Pentaqonun sınaqlarından keçməyib və hələ də kütləvi istehsal üçün təsdiqlənməyib. Bu gün ABŞ HHQ F-35-dən F-16-nın 4+ nəslinə məxsus daha sadə qırıcısının xeyrinə imtina etməyə hazıdır.

Başlanğıc üçün Pentaqonda F-35A-ya sifarişi 40%-dən çox azaltmağı təklif etdilər – 1763-dən 1050 təyyarəyədək. Eyni zamanda ABŞ HHQ sifarişlərin köhnələn, lakin etibarlı F-16 Fighting Falcon-a dəyişidirilməsi imkanını nəzərdən keçirir. Məcburi manevrlərdir.

F-35 qırıcı-bombardmançısı 5 ildən artıqdır ki, ABŞ HHQ tərəfindən istismar olunur, lakin xroniki olaraq aşağı hazırlıq səviyyəsi, çoxsaylı məhsuldarlıq problemlərindən əziyyət çəkir. Bir müddət əvvəl müdafiə nazirinin müavini Ellen Lord F-35 Lightning-in 36%-nin uçuş üçün yararlı olduğunu bildirib.

F-35-ləri biri 100 milyon dollara almış ABŞ-ın müttəfiqləri və tərəfdaşlarının (Böyük Britaniya, Norveç, İsrail, İtaliya, Sinqapur, Cənubi Koreya, Yaponiya) ümidləri doğrulmayıb – təyyarə 5-ci nəsil parametrlərinə uyğun gəlmir, döyüşə hazır deyil, yəni təyinat üzrə vəzifələrini yerinə yetirə bilmir. Paradoksal olsa da ABŞ HSK-nın bu “çiy” məhsuluna almaq istəyənlər növbəyə düzülüblər. BƏƏ bu yaxınlarda 50 ədəd F-35-in alınması barədə müqavilə bağlayıb. İsrail 40-dək F-35 Lightning almaq niyyətini bəyan edib. Bunu yalnız ABŞ-la “dostluğa” görə ödənişlə izah etmək olar.

F135 – ən güclü uğursuz

Bir müddət əvvəl sözügedən təyyarələrin stels-örtüklərinin hipersürət zamanı dağılması və digər problemlər barədə məlumat verilmişdi. Mühəndislər istismar zamanı nöqsanları aradan qaldırmağa cəhd edirlər, lakin kritik problemlər sürətlə artır.

"Hamını cəzalandıracağıq": Pentaqon rekord həcmdəki hərbi büdcəsini nəyə xərcləyəcək>>

ABŞ HHQ-nin F-35A qırıcısı F135 mühərriki ilə təchiz olunub. Bu mühərrik F-35-in aşağı məhsuldarlığının əsas səbəbidir. F135-ə tez-tez texniki xidmət lazımdır və bu, təyyarənin istismarının dəyərini xeyli artırır. Müqayisə üçün, F-35-in bir saat uçuşu 31 min dollara başa gəlir, F-16-nın bir saatı isə 8 minə. Yeri gəlmişkən, Pratt&Whitney şirkəti kifayət qədər əlavə F135 mühərriki istehsal etmir. Əgər sabah müharibə olsa, səmaya F-35-lərin üçdə biri qalxacaq.

F-16-ları da dəyişmək vaxtıdır

ABŞ HHQ döyüş qabiliyyətini qorumaq üçün məcburən F-35-lərin payını azaltmağı və onları modernləşdirilmiş F-16 Fighting Falcon qırıcıları ilə əvəz etməyi planlaşdırır. Çoxfunksiyalı yüngül dördüncü nəsil qırıcısı olan F-16-nın maksimal uçuş kütləsi 21,8 tondur, 7,7 ton aviabomba daşıya bilər. Döyüş radiusu 1700 km, maksimal sürəti 2200 km/saatdır. O, regional münaqişələr üçün pis maşın deyil, lakin beşinci nəsildən geriyə addım atmaq yaxşı deyil (texnoloji deqradasiya). Petaqonda kompromis axtarırlar.

HHQ-nin qərargah rəisi general Çarlz Braun F-16-ların alınmasının əleyhinə çıxıb və F-35-dən ucuz və F-16-dan müasir olan yeni növ birmühərrikli qırıcıları istehsal etməyə çağırıb. HHQ F-16 Fighting Falcon-un yeni döyüş təyyarələri ilə əvəz olunmasının məqsədəuyğunluğunu qiymətləndirmək üçün tədqiqat proqramını həyata keçirir. Tədqiqat 2023-ci ilin əvvəllərinədək başa çatacaq.

Problemi dərinləşdirən odur ki, F-35 qərbdə istehsal olunan yeganə “beşinci nəsil” qırıcıdır. ABŞ-ın avropalı müttəfiqləri özlərinin 5-ci nəsil qırıcılarını istehsal etməyə tələsmirlər, Böyük Britaniya, Polşa, Belçika, İtaliya isə F-35 almaqla məşğuldurlar.

F-35 layihəsinin xroniki uğursuzluqları fonunda Rusiyanın Su-57 qırıcısının texnoloji sıçrayışı xüsusən optimistik görünür. Su-57 uğurla uçur və beşinci nəsil qırıcıları arasında ilk olaraq hipersəs raketlərini daşıyır. Amerikalılar məcburən rus silahının üstünlüyünü etiraf edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru