Kişilər intihara daha çox meyil edirlər - Bahar Muradova

26-02-2021, 15:07           
Kişilər intihara daha çox meyil edirlər
Cəmiyyətdə kişilər intihar hallarına daha çox meyil edirlər.

Teref.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, cəmiyyət insanları intihar etməyə məcbur edən adətlərdən imtina etməyə hazır olmalıdır:

"Cəmiyyət olaraq əl-ələ verib bu problemin üzərinə getməyi bacarmalıyıq. Ailədə bizim vəziyyətimizə nə mane olursa, çətinlik yaradırsa, gözəl arzuları olduğu halda, gənclərimizi bu həyatdan ayrımağa nə vadar edirsə - cəmiyyət bütün bunlara səbəb olan amillərdən imtina etməyə hazır olmalıdır. Ailələrlə bağlı işlər yalnız dövlət komitəsi tərəfindən deyil, digər müvafiq qurumlar tərəfindən də aparılır. Bu məsələ yalnız bizim nəzarətimizdə deyil. Bir sıra dövlət orqanları və ictimai təşkilatlar da bu prosesə qatılmalıdırlar".

(trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru