Şəmsiyyə Əhmədovanın məhkəməsi başlayır

28-02-2021, 11:42           
Şəmsiyyə Əhmədovanın məhkəməsi başlayır
Mingəçevir şəhərində oronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Şəmsiyyə Əhmədovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Məhburə Kərimovanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Şəmsiyyə Əhmədovaya “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

İstintaq orqanı tərəfindən Şəmsiyyə Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru