Bakıda vaksinasiyadan keçəcək təhsil işçilərinin sayı açıqlanıb

4-03-2021, 00:18           
Bakıda vaksinasiyadan keçəcək təhsil işçilərinin sayı açıqlanıb
50 yaşdan yuxarı 20 minə yaxın müəllim və texniki heyətdə olan şəxslər vaksinasiyadan keçəcək
“Bu gün ölkəmizdə pandemiyaya qarşı ciddi mübarizə aparılır. Ölkəmiz bu məsələdə öncüllərdəndir”.

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, bu çərçivədə martın 3-dən təhsil işçilərinin də vaksinasiyasına başlanılır:
“Fikrimcə, kütləvi vaksinasiya əyani tədrisə keçidi sürətləndirəcək. 50 yaşdan yuxarı 20 minə yaxın müəllim və texniki heyətdə olan şəxslər vaksinasiyadan keçəcək. Burada əsas məqsəd müəllimlərin işindən ayrılmadan vaksinasiyadan keçməsini təmin etməkdir”.

M.Vəliyeva vurğulayıb ki, bunun üçün bütün lazımi şərait yaradılıb:

“Vaksinasiyadan keçmək normal həyata qayıtmağımızı təmin edəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.