Yer kürəsində neftin tükənəcəyi tarix açıqlandı

21-03-2021, 08:38           
Yer kürəsində neftin tükənəcəyi tarix açıqlandı
Yer kürəsinin yeraltı enerji resursları artıq 50 il sonra bitəcək.

“Report” “The Paper”ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Texnologiya Universitetinin prezidenti və ölkənin Elmlər Akademiyasının üzvü Syue Sikun bildirib.

Alim qeyd edib ki, son 250 il ərzində dünyada yeraltı enerji mənbələrinin hasilatının artımı ilə üç sənaye inqilabı baş verib.

Mütəxəssis bunu və dünya iqtisadiyyatının inkişaf templərini nəzərə alaraq, yaxın yarım əsr ərzində karbohidrogen resurslarının tükənəcəyini proqnozlaşdırır. O, buna görə tərəqqinin indiki səviyyəsini saxlamaq üçün ənənəvi enerji daşıyıcısıları alternativ enerji mənbələri ilə əvəz etməyə çağırıb.

Syue Sikun xüsusi halda Günəş enerjisini önə çəkib. Alim qeyd edib ki, bu, tükənməyən enerjidir. Bundan başqa, o, kömürü və təbii qazı hidrogen yanacağı ilə əvəz etmək imkanını nəzərdən keçirməyi təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru