YUNESKO-da 2030-cu ilədək dünyanın qlobal bir su qıtlığı ilə qarşılaşacağını ehtimal edib

22-03-2021, 08:13           
YUNESKO-da 2030-cu ilədək dünyanın qlobal bir su qıtlığı ilə qarşılaşacağını ehtimal edib
Dünya su qaynaqlarını qorumaq üçün kifayət qədər səy göstərmir və indi onların dəyərinin düzgün qiymətləndirilməsi məsələsi kəskindir.

Trend-in məlumatına görə, bu barədə YUNESKO-nun Dünya Su ehtiyatları Gününə həsr olunmuş illik hesabatında bildirilib.

YUNESKO-nun baş direktoru Odre Azule qeyd edib: "Su, 2 milyarddan çox insanın birbaşa çıxışı olmayan ən qiymətli mənbəyimiz olan "mavi qızıldır". O, yalnız yaşamaq üçün lazım deyil, həm də insan cəmiyyətlərində sanitar, sosial və mədəni rol oynayır".

Məruzədə göstərilən müstəqil hesablamalara görə, 2030-cu ilə qədər dünya qlobal su qıtlığı ilə qarşılaşacaq və pandemiyanın nəticələri daxil olmaqla digər qlobal problemlər vəziyyəti daha da ağırlaşdıracaqdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.