Baffet 2021-ci ildə cəmi 5 səhmdən - 17 MİLYARD DOLLAR QAZANIB

22-03-2021, 08:20           
Baffet 2021-ci ildə cəmi 5 səhmdən -
Dünyanın ən böyük səhmdarlarından və fond bazarı dahisi sayılan Uorren Baffet 2021-ci ilin ilk 3 ayında cəmi 5 şirkətin səhmləri vasitəsilə 17 milyad dollar qazana bilib.

FED.az xəbər verir ki, milyardçının şirkəti olan «Berkshire Hathaway» təkcə Bank of America-nın səhmlərindən $9 milyard qazanıb. Şirkətin gəlir əldə etdiyi digər şirkətlər isə «American Express», «General Motors» və «Kraft Heinz»
Koronavirus nəticəsində çökmüş qlobal iqtisadiyyatının dirçələcəyi ilə bağlı gözləntilər bir sıra şirkətlərin səhmlərini kəskin bahalaşdırıb. Bu isə Uorrenu Baffetə əla qazanc imkanı yaradıb.

Azərbaycanda dolları saxlamaq üçün – SƏRFƏLİ YATIRIMLAR – VARİANTLAR - CƏDVƏL

Onun «Berkshire Hathaway» holdinqi cəmi 5 şirkətin səhminə vəsait yatırmaqla $17 milyard dollar əldə edib.

Hesablamalara görə, təkcə «Bank of America»nın səhmləri bu ilin əvvəlindən indiyədək 30% artaraq Baffetin şirkətinə 9 milyard dollar qazandırıb. Bu dövrdə «American Express»in səhmləri də 30% artıb və Baffetə 3,7 milyard dollar qazandırıb. «General Motors», «US Bancorp» və «Kraft Heinz» şirkətləri isə ümumilikdə Baffetə daha 4,2 milyard dollar qazandırıb.

Qeyd edək ki, ötən il Baffet 6,9 milyard dollar yatıraraq Yaponiyanın 5 ticarət evinin hərəsindən 5% səhm payı alıb. Bunlar «Itochu», «Mitsui», «Marubeni», «Mitsubishi» və «Sumitomo» şirkətləri idi. Bu yatırımlar artıq Baffetə $1,6 milyard dollar gəlir gətirib.

«Berkshire Hathaway» holdinqin portfelində olan daha bir neçə şirkətin səhmləri (Chevron, Suncor Energy və Synchrony Financial) 20% bahalaşıb, «Wells Fargo»nun səhm paketi isə 37% artıb. Müqayisə üçün bildirək ki, «S&P 500» indeksi, hansı ki, investorlar burada vəsait yatıra bilirlər, ilin əvvəlindən cəmi 5,8% artıb.

Bununla yanaşı, bəzi texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşması Baffetin gəlirlərini azaldıb. Belə ki, «Apple»nin səhmlərinin 7% ucuzlaşması bu şirkətin «Berkshire Hathaway»da olan səhm paketinin 8 milyad dollar azalması ilə nəticələnib. Şirkətdə olan «Coca-Cola» səhm paketi isə 900 milyon dollar ucuzlaşıb.

Bundan başqa, «Verizon» və «Snowflake» şirkətlərinin səhmlərinin qiymətinin qeyri sabit olması nəticəsində holdinq 400 milyon dollar itirib.

Beynəlxalq birjalarda və Azərbaycanda səhm alqı-satqısını InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.