Ermənistanın yeni Baş Qərargah rəisi haqda İLGİNC FAKT - O da Ramiz Mehdiyev kimi "toy qurbanı" olmuşdu...

22-03-2021, 11:03           
Ermənistanın yeni Baş Qərargah rəisi haqda İLGİNC FAKT -
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Artak Davtyan ölkənin Baş Qərargahının rəisi təyin olunmuş hesab edilir.

"Artak Davtyan, qanuna görə, Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi hesab olunur", - Paşinyan Facebook-da yazıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Ermənistan baş nazirinin aparatı, vəkilinin söylədiklərinə rəğmən, BQ-nin əvvəlki rəisi Onik Qasparyanın martın 10-dan vəzifədən kənarlaşdırıldığını iddia edir. Ötən həftənin cümə axşamı Qasparyanın nümayəndəsi Artur Hovannisyan demişdi ki, o, öz vəzifələrini icra edə bilər. Belə bir qənaətə vəkil İnzibati məhkəmənin qərarına görə gəlmişdi.

Artak Davtyan 2018-ci il mayın 24-dən 2020-ci il iyunun 8-dək Baş Qərargah rəisi olub. Ancaq lokdaun zamanı oğluna toy etdiyi üçün vəzifədən kənarlaşdırılıb.

Xatırladaq ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib. "Göndərmələr" Konstitusiya məhkəməsinə gedib çıxsa da, nəhayətdə

Ermənistan Prezidenti Armen Sarkisyan martın 11-də ölkənin Baş naziri Nikol Paşinyan tərəfindən Silahlı Qüvvələrin Baş Qərargah rəisi postuna namizədliyi irəli sürülən Artak Davtyanı təsdiqləməkdən imtina edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.