Adı ABŞ dövlətini 7.4 milyon dollar aldatmada hallanan azərbaycanlının dostu danışdı: - “Kimisə öldürməyib...”

24-03-2021, 09:23           
Adı ABŞ dövlətini 7.4 milyon dollar aldatmada hallanan azərbaycanlının dostu danışdı: -
Adı ABŞ dövlətini 7.4 milyon dollar aldatmada hallanan azərbaycanlının dostu danışdı:
“Yıxılana balta vuranlar, başqasının uğursuzluğuna sevinənlər, haqqını yeyənlərə “rəis”, “müəllim” deyənlər, bilib-bilmədən danışanlar, mərdi qovaraq namərd edənlər, hansısa mövzulardan istifadə edib özünə reytinq yığan insanlara nə ad vermək olar? Zaur dostumdur. Bankdan pul götürüb deyə dostluğumuzu pozmaq fikrimiz də yoxdur. Zaurun etdiyi yaxşılıqların bəlkə də heç 1 faizini belə, etməmisiniz. Zaur nə edib, öz işidir, cavab verir və həll edir”.

Pravda.az-ın xəbərinə görə, bunu ABŞ dövlətini 7,4 milyonluq dollar aldatmada ittiham edilən Zaur Kələntərovun dostu Röyal İsmayılov deyib.

R.İsmayılov bildirib ki, Amerikada Zaur kimi 12 milyon adam belə pul götürüb: “Bu, səni niyə bu qədər maraqlandırır? Siz hamınız “süddən çıxmış ağ qaşıqsınız”, xəbərimiz yox imiş. Həmişə halal qazanıb, heç kimi aldatmamısınız və hamınız da bankdan pul götürəndə saxta sənədsiz götürmüsüz... Hamımız bilirik ki, Azərbaycanda banklardan pul götürəndə nə qədər saxta sənədlər düzəlir, Zaur kimisə öldürməyib və ya kiminsə cibindən pul oğurlamayıb, bankdan pulu götürüb və bu da onların öz arasında həll olunur. Zauru tanıyan bilir, necə insandır. Bu hadisə altı ay əvvəl olub, media indi paylaşır. Hər birimizin başına iş gələ bilər, heç kim həyatda sığortalanmayıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.