Azərbaycan necə etməlidir ki, Qarabağa yenidən terrorçular gəlməsin? - Tutulan terrorçulardan bir neçəsini...

24-03-2021, 23:43           
Azərbaycan necə etməlidir ki, Qarabağa yenidən terrorçular gəlməsin? -
Ermənistan Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərin təhlükəsizliyinin qarantı ola bilməz. Müvəqqəti olaraq bu funksiya Rusiya Federasiyasının sülhməramlı qüvvələrinə etibar edilib. Ermənistan ordusunun oradan çıxarılması gözlədiyimizdən aşağı tempdə və vizual görüntülər olmadan, davam edir. Artıq Ermənistan Qarabağa çağırışçı göndərmir və ya göndərə bilmir, Ermənistana məzuniyyətə gələnlər də oraya qaytarılmır. Vitali Balasanyanın verdiyi bəyanat isə onun Azərbaycan məhkəməsi qarşısında mümkün qədər tez çıxarılmasını şərtləndirir.

Ermənistan vətəndaşlarının Qarabağda "könüllü" olaraq xidmət etməsi barədə səslənən fikirlərə isə rəsmi səviyyədə münasibət bildirilməlidir, yəni Ermənistandan gəlməyə can atan "könüllülərin" diqqətinə çatdırılmalıdır ki, onlar da əvvəl Xocavənd və Hadrut istiqamətinə Şirakdan gələn erməni silahlıları kimi, "Azərbaycan ərazisinə soxulan terrorçu" kimi mühakimə olunacaq. 4 ay əvvəl saxlanılan erməni terrorçularından heç olmasa bir neçəsini məhkəmə qarşısına çıxarmaq vacibdir. Onların mümkün qədər qısa müddət ərzində mühakimə olunması isə bu erməni "könüllülərin" sıralarında ciddi seyrəlməyə gətirib çıxara bilər.

Ədalət Verdiyev

Hərbi ekspert












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.