Uqandalı yetim-yesirə su quyusu qazdıran, məscid tikdirən azərbaycanlılar...

1-05-2021, 14:11           
Uqandalı yetim-yesirə su quyusu qazdıran, məscid tikdirən azərbaycanlılar...
Avropada yaşayan Türkiyə və Azərbaycan vətəndaşları Afrika ölkəsi Uqandanın ucqar Kubula və Kamuli bölgələrində 3 məscid tikib, 3 su quyusu qazdırıb və yerli sakinlərin ixtiyarına verib. Bu xeyriyyəçilik fəaliyyətini həyata keçirənlərin adları göstərilmir, amma "Anadolu" agentliyi yazır ki, açılış mərasimlərində çoxsaylı uqandalılar onlara dualar ediblər.

Xeyriyyəçilik aksiyası mərkəzi Avropada olan və Türkiyə vətəndaşlarının qurduğu “Help” Yetim İnsani Yardım Təşkilatı tərəfindən həyata keçirilib. Aksiya çərçivəsində yüzlərlə uqandalıya ərzaq yardımları paylanıb, uşaqlara hədiyyələr verilib.



Uqandalı uşaqlar məscidin içərisində Quran oxuyublar, duaların ardınca məscidlər təkbir, dua, salavat və alqışların müşaiyəti ilə açılıb. “Help” Yetim Təşkilatınının başçısı Cahit Ataş deyib ki, məscidlər yerli əhalinin istifadəsinə verilib, açılan su quyuları isə içməli su sarıdan korluq çəkən sakinlər üçün həyat mənbəyi olacaq.



Cahit Ataş bildirib ki, Afrikanın ən yoxsul və yardıma ən çox möhtac olan ölkəsi Uqandada xeyriyyəçilik aksiyalarını genişləndirəcəklər. O, təşkilata ianə verənlərə minnətdarlıq edib. Uqandalıların ixtiyarına verilən məscidlərdə eyni vaxtda 250 nəfər ibadət edə biləcək, təşkilat daha 11 su quyusu qazmaq üçün işlərə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru