Marsdan vəba gəlir – Şok xəbərdarlıq

2-05-2021, 15:42           
Marsdan vəba gəlir –
Marsdakı orqanizmlər dünyada ölümcül epidemiyalara səbəb ola bilər.
Teref.az xəbər verir ki, bu sözləri Marsdan Nümunə Gətirilməsinə qarşı Beynəlxalq Komitənin (ICAMSR) üzvü Gilbert Levin deyib.

Onun sözlərinə görə, Marsdakı mikroorqanizmlər Yerdə dağıdıcı “Mars vəbası” pandemiyasına səbəb ola bilər:

“Marsdan Yerə daş və torpaq nümunələrinin gətirilməsi böyük risklər daşıyır. Nümunələr dünyaya təhlükəsiz qablarda gətirilsə belə, bəzilərinin qabların açılacağı laboratoriyadan sızma ehtimalının yüksək olmasından narahatam”.

Qeyd edək ki, NASA-nın Marsa göndərdiyi “Perseverance” roverinin topladığı nümunələrin dünyaya gətirilməsi üçün qurum və Avropa Kosmik Agentliyi (ESA) 2026-cı ildə missiya göndərməyi planlaşdırır. axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru