Stalin və Hitler adlı şəxslər seçkilərdə qalib gəldilər – İlginc durum

3-05-2021, 08:55           
Stalin və Hitler adlı şəxslər seçkilərdə qalib gəldilər – İlginc durum
Keçmiş SSRİ lideri İosif Stalinin adını daşıyan hindistanlı siyasətçi ölkədə keçirilən seçkilərdə qalib gələ bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

“Exit poll”un anketlərinə görə, Stalinin partiyası Tamil Nadu ştatında birinci yeri tuta bilər. Dəqiq nəticələr bu gün açıqlanacaq.

Nəşr Stalinin böyük ehtimalla qalib gəldiyini də yazıb.

Hindliyə bu adı sözügedən ştatın keçmiş baş naziri olan atası tərəfindən verildiyi qeyd olunub. o, SSRİ liderinin ölümündən bir neçə ay əvvəl (1953-cü il) anadan olub. Amma mərhum Sovet başmçısından fərqli olaraq, hindistanlı Stalin demokrat kimi tanınır.

Hindistanlı 1989-cu ildə SSRİ-yə uçarkən qəribə durumla üzləşib.

“Rusiya hava limanına enəndə adımı soruşdular. “Stalin” deyəndə hava limanındakı bir çox adam qəribə tərzdə mənə baxdı”, - siyasətçi bildirib.

Keçən dekabr ayında Nasist Almaniyasının lideri Adolf Hitlerin adını daşıyan bir siyasətçi Namibiyada keçirilən seçkilərdə iştirak edib və qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru