Ali Məhkəmə sədri postuna görün, kim iddialıdır...

3-05-2021, 12:37           
Ali Məhkəmə sədri postuna görün, kim iddialıdır...
Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin sədri İlham Cəfərov 2007- 2008-ci illərdə Naxçıvan MR Ali Məhkəməsinin sədr müavini, 2008 – 2017-ci illərdə Ali Məhkəmənin hakimi olub, 2017-ci ildən isə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin sədridir.
Bu adam 17 yaşında Naxçıvanda məhkəmədə məsləhətçi işləyib.
Adama deyərlər 16 yaşlı uşaq kimdir ki, Muxtar Respublikanın məhkəməsində məsləhətçi işləsin.
Sonradan Naxçıvan MR Ali Məhkməsində sədr müavini olub.
Bu adam Metropolitenin sabiq rəisi Tağı Əhmədovun xalası oğludur.
Deməli, bir gün Tağı müəllim İlham Cəfərova deyib ki, xalaoğlu, bura əyalətdir, gəl səni aparım, Bakıda mühüm vəzifəyə.
Və beləcə, Tağı Əhmədov xalası oğlu İlham Cəfərovu Ali Məhkəməyə hakim vəzifəsinə gətirib.
Adama deyələr, metro Tağı hara, Ali məhkəmə hara ?
Bu adamlar başa düşmür ki, Ali Məhkəmə ölkədə ən yüksək səlahiyyətli orqandır və məhkəmə qərarları DÖVLƏT-in adından çıxarılır. Metropoliten isə trolleybus, tramvay idarəsi kimi bir şeydir.
İlham Cəfərov da xalası oğlu Tağı kimi özündən çox razı, kobud, ətrafındakıları aşağılamaq xasiyyətinə malikdir.
Tağı Əhmədov xalası nəvəsi, yəni İlham Cəfərovun oğlunu da xarici ölkələrin birindən Bakı Dövlət Universitetinin hüquq fakültəsinə “perevod” edib. Həmin “xalanəvəsi” hazırda Prezident Administrasiyasında işləyir.
İlham Cəfərovla bağlı bir məsələyə də münasibət bildirmək istəyirik.
Deməli, İlham Cəfərov vəzifəsinə və şəxsiyyətinə hörmət bəslədiyimiz Samir müəllimin adını hər yerdə hallandırır. Və deyir ki, məni Nəsimi məhkəməsinə “Müəllim” gətirib, yaxın zamanda Ali Məhkəmənin sədri olacam, Ali Məhkəmənin sədri Ramiz Rzayevin kreslosunda oturacam.
İlham Cəfərov ! Hər bir Azərbaycan vətəndaşının istənilən vəzifəni tutması onun konstitusion hüququdur.
Sədr ol, sənə kim nə deyir ki…
Amma hazırda tutduğun vəzifə- Nəsimi rayon məhkəməsinin sədri mühüm vəzifədir. Sən bu vəzifədə nə iş görə bildin ki, Ali Məhkəmə sədri olmaq istəyirsən..?
Nəsimi kimi mühüm rayonda dövləti təmsil edən heç bir rəhbər şəxslə normal münasibətin yoxdur, hətta adi vətəndaşları qəbul etmirsən, özünü ''gestapo'' kimi aparırsan.
Sən bununla Ali Məhkəmə sədri olmaq istəyirsən ?
Bizə elə gəlir ki, hazırkı vəzifən sənin sonuncu “stoyankan”-dayanacağındır. //gundelik-baku.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.