Qarabağa 4,5 milyon ədəd mina basdırılıb: Birinin təmizlənməsi 300-1000 dollara başa gəlir
3-05-2021, 23:01
“Bu yaxınlarda çox nüfuzlu beynəlxalq təşkilatın nümayəndələrinin, o cümlədən dünyada tanınmış aktyor, jurnalist və diplomatlardan ibarət heyətin Azərbaycana səfəri gözənilir və biz onların vasitəsilə bu məsələni beynəlxalq arenada qaldıracağıq.Fəlakətin miqyasını öz gözləri ilə görəcək, Qarabağa səfər edəcəklər. Minaların təmizlənməsi külli miqdarda vəsait və vaxt aparan prosesdir. Bir minanın zavodda istehsalı 3-30 dollar, onun tapılıb çıxarılması isə 300-1000 dollara başa gəlir.
Bu fikirləri açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
“Biz əlaqədar olduğumuz bütün beynəlxalq təşkilatları xəbərdar edirik. Bu yaxınlarda BMT Minalar Əleyhinə Konvensiyanın prezidenti də ölkəmizə gələcək.Mina xəritələrini vermək texniki məsələ idi. Bütün müharibələrdən sonra atılan texniki addım. Kipr, Balkan müharibələrindən sonra belə presidentlər olmuşdu.Amma ermənilər bunu siyasi müstəviyə keçirdilər.Hesb edirəm ki, biz bu xəritələri diplomatik yollardan istifadə edərək emənilərdən məcburən ala biləcəyik”,- deyə o qeyd edib.
Bir minanın təmizlənməsi Azərbaycana 1000 dollara başa gəlir. 27 kvadratr kilometrlik ərazidə aşkarlannmış minaların ümumi qiyməti 3 milyon dollardır. Azərbaycan ərazilərində ən az 4,5 milyon ədəd mina basdrıldığı təxmin edilir.Bu sayın dollarla ekvivalenti 340 milyon dollar edir. Torpaqlarımızın üstünə 850 milyard manatlıq ziyan vurmaqla yetinməyib, altına da yarım milyardlıq mina basdırıblar.4,5 milyon ədəd minanın partlaması orta hesabla elə o sayda insan ölümü deməkdir. İndiyədək 17 mindən çox partlayıcı maddə zərərsizləşdirilib.
Son 30 ildə Ermənistan hərbi büdcəsinin yarısını sırf minalara xərcləyibmiş. Bu vəsait Ermənistanın valyuta ehtiyatlarının 15 faizini, büdcəsinin 10 faizini təşkil edir.
Mina xəritələrinin verilməməsi müharibə cinayəti sayılır və beynəlxalq hüquqa ziddir. Qarabağ bölgəsi postsovet məkanında ən böyük mina çirklənməsi problemləri ilə üzləşmiş ərazilərdəndir və mina sahələrinin xəritələri olmadan bütün minaların təmizlənməsi çox çətindir.
Sülhməramlı missiyanı üzərinə götürmüş Rusiya, BMT, Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Ermənistandan həmin xəritələr tələb oluna bilər. Bu təşkilatlar beynəlxalq humanitar hüquqa əsaslanan fəaliyyət göstərirlər. Beynəlxalq hüquqda nəzərdə tutulub ki, minaların təmizlənməsi işinə cəlb edilənlər, habelə BMT-nin sülhməramlı əməliyyatları çərçivəsində bu işlə məşğul olanlar üçün bütün imkanlar yaradılmalıdır. Bura öz növbəsində xəritələrlə təmin edilmə də aiddir./bizimyol.info