Bill Qeytsin qızı valideynlərinin boşanmasını şərh etdi

5-05-2021, 07:20           
Bill Qeytsin qızı valideynlərinin boşanmasını şərh etdi
“Microsoft” şirkətinin təsisçisi və milyarder Bill Qeytsin qızı Cennifer valideynlərinin boşanma xəbərini şərh edib.

Bu barədə o, özünün “Instagram” səhifəsində yazıb.

Gənc xanım bildirib ki, bu, bütün ailə üçün çox çətin bir mərhələdir.

“Mən hələ ki, öz hisslərimdən baş açmağa və ailə üzvlərimə dəstək olmağa çalışıram”, - deyə Cennifer qeyd edib. O, abunəçilərinə diqqətli və anlayışlı davrandıqlarına görə də təşəkkür edib.

Xatırladaq ki, dünən dünyanın ən varlı şəxslərindən biri olan Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts 27 illik ailə həyatından sonra ayrılmağa qərar verdiklərini açıqlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru