“Bayramın ölümünün araşdırılmasıyla bağlı bürokratik əngəllər yaradılır”
7-05-2021, 20:33
“Bayramın ölümünün araşdırılmasıyla bağlı bizə bürokratik əngəllər yaradırlar”.
Bunu, Nidaçı, keçmiş siyasi məhbus Elgiz Gahraman özünün feysbuk səhifəsində yazıb:
“Bugün saat 10-dan Bayramın atası Fərman əmi, vəkillər və digər dostlarla birlikdə Kadıköydə yerləşən İskele Karakoluna gəldik. Bizə əvvəlcə dedilər, müstəntiqlə əlaqə saxlaya bilmirik. Sonra dedilər əlaqə saxladıq, 5 dəqiqə sonra gedirik İstanbul Adli Tıp Merkezinin morquna. Amma sonra dedilər ki, indi də Adli Tıp Merkeziylə əlaqə saxlaya bilmirik, hansı sənədləri aparmalıyıq bilmirik. Nəhayət bizi 2 saat gözlədəndən sonra Fərman əmi, mən və 1 vəkili morqa gətirdilər. Artıq 1 saata yaxındı morqdayıq, indi də deyirlər morqda günorta fasiləsidi, gözləməlisiniz. Mən artıq 3 gündür Bayramın cənazəsini görə bilmirəm, neçə gündür fərqli bəhanələrlə bizi yubadırlar. 15-20 dəqiqə Fərman əmi, mən və bir vəkil Bayramı teşhis etmək üçün içəri girəcəyik. Burdan öyrəndiyim sadəcə o oldu ki, Bayramın ölümü “şübhəli ölüm” kimi qeydə alınıb və istintaq uzun davam edə bilər.
Bu qədər ağrı, acının içində Fərman əmini bu qədər gözlədirlər.
P.S. Morqa girdik. Bayramı gördük”.