Kəşfiyyatçılara “yönəldilmiş enerji” ilə mistik hücum olub

14-05-2021, 07:06           
Kəşfiyyatçılara “yönəldilmiş enerji” ilə mistik hücum olub
ABŞ-ın xarici dövlət qurumlarında işləyən 130-dan çox əməkdaşına “yönəldilmiş enerji” (yəni mərmi istifadə etmədən edilən hücumlar) səbəbi ilə beyin zədələnməsi diaqnozu qoyulub.

Bu barədə “The New York Times” xəbər verir.

Məlumata görə, zərərçəkənlər arasında Mərkəzi Kəşfiyyat İdarəsinin də əməkdaşları var. Belə ki, kəşfiyyat qurmunun xaricdə olan ən azı üç zabiti 2020-ci ilin dekabrından bəri ciddi sağlamlıq problemləri ilə üzləşib.

Yeni məlumatlar Avropa və Asiyada baş verən hadisələri də əhatə edir.

Nəşrdə bildirilir ki, əvvəllər Kuba və Çində 60-a yaxın zərərçəkən barədə bildirilirdi, lakin bu məlumatlar MKİ zabitlərini əhatə etmirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.