5 minə yaxın tibb işçisi narazıdır: - “Məsələ ciddidir...”

20-05-2021, 14:30           
5 minə yaxın tibb işçisi narazıdır:
Bir qrup tibb işçisi sertifikasiya imtahanından keçməyi düzgüz hesab etmir. Hətta bəziləri bunu özlərinə təhqir hesab edirlər. Bunun üçün ciddi arqumentlərinin olduğunu deyirlər.

Ölkə.Az xəbər verir ki, belə həkimlərdən biri Aytəkin Haşumovadır. O, müəllimləri öz tələbəsi ilə birgə komissiyada imtahan verməsini yanlış hesab edir:

“Adam heyrətə gəlir. Nəzəri suallar əsasında yığılan bal necə olursa, həkimin praktiki bacarığının göstəricisi sayılır. Çox gülməlidir”.

Onun sözlərinə görə, hazırda sosial şəbəkələrdə qruplaşan narazı tibb işçilərinin sayının 5 minə yaxındır.

“Məsələ ciddidir və bu, kadr çatışmazlığına səbəb olacaq. Elə rayonlar var ki, məsələn, cəmi bir terapevti var, gəlirlər ki, xəstəxananın qapısı bağlıdır. Deyirlər ki, həkim imtahandan kəsilib, başqa rayona getməlidirlər. Bu, absurddur”.

Aytəkin Haşumova iddia edir ki, setifikasiyaya ehtiyac yoxdur və sözügedən prosedur hüquq pozuntusudur.

“Diplom sertifikatdan üstün sənəddir. Diplomla hüquq, sertikatla isə sadəcə, üstünlük əldə edirsən. Amma bizdə kimsə setifikasiyadan kəsilirsə, diplomu qüvvədən salır”, - o söyləyib.

Hüquqşünaslar sertifikasiya imtahanlarının dünya hüquq normativlərinə zidd olduğunu bildirir.

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından isə qeyd edilib ki, sertifikasiya prosesi tibb işçisinin sadəcə praktiki tibb fəaliyyətinə buraxılıb-buraxılmaması üçün lazımdır. Bununla yanaşı, qurumdan narazılığın əsassız olduğu bildirilib.

Qeyd edək ki, 2009-cu ildə qanuna edilən dəyişikliyə əsasən tibb işçiləri hər 5 ildən bir sertifikasiya prosesindən keçməlidirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.