Saxta peyvənd arayışı satanları hansı cəza gözləyir? - Açıqlama

20-05-2021, 14:41           
Saxta peyvənd arayışı satanları hansı cəza gözləyir? - Açıqlama
Ötən gün Gəncə Hava Limanında Gəncə- Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayışlar saxta çıxıb.

Milli Məclisin deputatı Azər Badamov açıqlamasında saxta tibbi arayışla bağlı halların çoxaldığını bildirib: "Gəncədə də bu istiqamətdə müəyyən olunmuş halla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, həmin saxta sənədlərin kimlər tərəfindən verilməsi, tərtib olunması kimi məqamlar müəyyənləşdiriləcək və lazımi cəzalarını alacaqlar. Hər bir cəmiyyətdə belə saxta hərəkətlər mövcuddur. Ən əsası odur ki, bu cür hallar aşkar edilir və araşdırılır".

Müsahibimiz həmçinin vaksin vurdurmayan, bunun əvəzinə saxta yollara əl atan vətəndaşlardan da söz açıb: "Vətəndaşların vaksindən boyun qaçırmaqları fikrimcə, məsuliyyətsizliyin göstəricisidir. Çünki insan şüurlu şəkildə dərk etməlidir ki, koronavirus təhlükəsindən, virusun yarada biləcəyi ağır fəsadlardan qorunmağın yeganə yolu peyvəndlərin vurulmasıdır. Dövlət də vətəndaşların sağlamlıqlarını düşünürək böyük vəsaitlər sərf edib ölkəmizə vaksin gətirir və insanları pulsuz şəkildə vaksinləşdirməklə bəşəriyyəti narahat edən bu təhlükədən

Təəssü ki, bəzən sosial şəbəkələrdə də vaksinlərlə bağlı anti-təbliğat kampaniya xarakterli məlumatlar paylaşılır. Hər bir insan düşünülmüş şəkildə vaksin vurdurmalı, həm özünü qorumalı, həm də cəmiyyətin sağlamlığına öz töhfəsini verməlidir. Vaksin vurulması ilə bağlı saxta yollarla arayışların alınması isə yolverilməzdir. Belə hallar müəyyən olunduğu təqdirdə müvafiq orqanlar tərəfindən ciddi tədbirlər görülür".



Qeyd edək ki, Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, rəsmi sənədlər, dövlət təltifləri, möhür, blank, ştamp və s. saxtalaşdırılması, qanunsuz hazırlanması, satılması və ya saxta sənədlərdə istifadə edilməsinə görə məsuliyyət müəyyən edilib. Saxta arayış verən həkimlər 3 min manata kimi cərimə oluna, həmçinin onları ya 2 ilədək müddətə islah işləri və 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyə bilər.

sfera












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.