Qızının qaçırıldığını deyən ana ilə bağlı DİN-dən AÇIQLAMA

21-05-2021, 17:55           
Qızının qaçırıldığını deyən ana ilə bağlı DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyi bu gün ABŞ-da yaşayan azərbaycanlı Lətafət Əzizovanın 3 yaşlı qızının Bakıda qaçırıldığı ilə bağlı Sabah.az-da yayımlanan şikayətinə münasibət bildirib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ABŞ-da yaşayan Azərbaycan vətəndaşı Lətafət Əzizovanın övladının qanunsuz övladlığa götürülməsi ilə bağlı iddiaları Xəzər Rayon Polis İdarəsində araşdırılır:

"Azyaşlının anasının müraciətinə uyğun olaraq, bütün zəruri prossesual tədbirlər həyata keçirilir. L.Əzizova rayon polis idarəsində qəbul edilib, araşdırmanın gedişi və qanunvericiliyin tələbləri ona izah edilib.

Polisin onun müraciətinə etinasız yanaşması ilə bağlı iddiaları isə həqiqəti əks etdirmir. Azyaşlının anası tərəfindən könüllü olaraq verildiyi şəxsdən alınaraq ona qaytarılması qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid olan məsələdir". //Axşam.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru