Vaksin istehsalı 9 nəfəri milyarder edib

22-05-2021, 08:30           
Vaksin istehsalı 9 nəfəri milyarder edib
Koronavirus vaksinlərinin satışı həmin peyvəndlərin istehsalçısı olan şirkət rəhbərlərini milyarderə çevirib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN material dərc edib. Bildirilir ki, vaksin istehsalından ən çox gəlir əldə edənlər Amerikanın “Moderna” şirkətinin rəhbəri Stefan Bansel və “Pfizer”lə birgə peyvənd istehsal edən “BioNTech”in rəhbəri Uğur Şahin olub. Onların hər ikisinin maddi sərvəti hazırda 4 milyard dollar təşkil edir.

Bundan başqa, “Moderna”nın ilk investoru olan Çinin “CanSino Biologics” şirkətinin rəhbərləri də milyarderə çevrilib. Ümumilikdə yeni milyarderə çevrilən 9 nəfərin ümumi sərvəti 19,3 milyard dollar təşkil edir. Qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru