Vicdansız kimə deyilir? - Deputatdan onu tənqid edənlərə CAVAB

23-05-2021, 17:13           
Vicdansız kimə deyilir? -
"Gündəlik həyatımızda ən çox işlədilən ifadədin biri barədə; Kimsə kiminlə uzun müddət görüşməyəndə deyir: "hardasan, ay, vicdansız!" Özü də bunu ürəkdən deyirik. Bəs bu anlayışın mənası nədir?"

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev qeyd edib.

Xatırladaq ki, deputat sosial şəbəkədə izləyicilərinə vicdansız deməsi ilə son günlər ictimaiyyətdə xeyli tənqid olunub.

Etibar Əliyev bu dəfə dediyi sözün mənası ilə bağlı paylaşım edib.

"Mən izahlı lüğətləri və ensikopediyaları çox yaxşı bilən adamam. Ötən əsrin 90-cı illərindən bu məsələlərə məşğulam. Beləliklə, "Azərbaycan dilinin izahlı lüğəti"ndən: IV cild səh; 484-485

Vicdan is. (ərəb dilindəndir) Öz hərəkəti üçün mənəvi məsuliyyət hissi, təmiz ürək hissi, öz hərəkətlərinin yaxşı və ya pis olduğunu duyma.

Vicdanı təmiz olmaq.-Ürək al qanə dönmüş, Hadiya, hüzni-ümumidən; Bu hüznü bəxş edən kimdir dilü vicdanə, bilməm ki! Məhəmməd Hadi.

Vicdansız: Vicdanı olmayan, öz hərəkəti üçün cəmiyyət qarşısında mənəvi məsuliyyət hiss etməyən, ürək hissi təmiz olmayan; insafsız. "Vicdansız adam. Vicdansız hərəkət. -(Sara:) "Əbdül adi bir nökər isə də, sizin kimi vicdansız deyil. Cəfər Cabbarlı

Bu qədər sadə! Belə isə nədən bu qədər savadsız Yanaşma!"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.