Sənəd məqsədli şəkildə yayılıb: Koronavirusla bağlı Azərbaycanda vəziyyət faciəli deyil

23-05-2021, 21:31           
Sənəd məqsədli şəkildə yayılıb: Koronavirusla bağlı Azərbaycanda vəziyyət faciəli deyil
Koronavirusdan hər 100 min nəfərə düşən ölüm sayına görə Azərbaycanın guya ilk sıralarda olduğu göstərilən sənəd yayılıb.

Sənədin ABŞ Vaşinqton Universiteti Tibb İnstitutunun apardığı tədqiqatlar əsasında hazırlandığı bildirilir. Sənəddə bir sıra ölkələrdə koronavirusdan ölüm sayları əhalinin hər 100 min nəfərinə düşən nisbətdə göstərıib. Maraqlıdır ki, siyahıda Azərbaycanın adı ilk sıradadır. Koronavirusdan ölüm halları Azərbaycanda ümümilikdə 672,7 qeyd edilib, bu isə əhalinin hər 100 min nəfəri ilə nisbətdə ən böyük rəqəm hesab edilir. Sənədin hansı qurum, hansı təşkilat tərəfindən yayıldığı dəqiq deyil. Qeyd edilənlər nə dərəcədə həqiqətəuyğundur?

Məsələ ilə bağlı “Şherg.az”a açıqlama verən həkim Vaqif Qarayev yayılan məlumatın düzgün olmadığını dedi:

- Hesab edirəm ki, bu, düzgün məlumat deyil. Bizdə katostrafik vəziyyət yoxdur. O sənədə də inanmıram.

V.Qarayev belə bir sənədin məqsədli şəkildə yayıla biləcəyini də istisna etmədi.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.