Dünyanın ən bahalı dərmanını Azərbaycanda xəstələrin pulsuz almaq şansı

24-05-2021, 21:02           
Dünyanın ən bahalı dərmanını Azərbaycanda xəstələrin pulsuz almaq şansı
Dünyanın ən bahalı dərmanını Azərbaycanda xəstələrin pulsuz almaq şansı yaranıb.


AFN xəbər verir ki, bunu “Baku Medical Plaza”nın Pediatriya və Neonatologiya şöbələrinin müdiri Erkin Rəhimov bildirib. O qeyd edib ki, bu genetik xəstəliyin müalicəsində yeni və uğurlu bir müalicə kəşf edilib: “Dərmanın adı Zolgensmadır. Bu dərman dünyanın ən bahalı dərmanıdır. Təxminən qiyməti 2 milyon dollardan bahadır. Bu rəqəm bir çox vətəndaşımız üçün əlçatmazdır. Bunu nəzərə alaraq biz altı aydan çoxdur ki, dərmanı istehsal edən “Novartis” şirkəti ilə yazışmalar aparırıq. Nəhayət nəticə əldə edə bildik - ölkəmizdəki xəstələrin bu dərmanı tamamilə təmənnasız alması üçün bir şans əldə etdik."
Həkim bildirib ki, şirkətin başlatdığı pulsuz dərman təminatı proqramına müraciət edilib və “Baku Medical Plaza” klinikasının Pediatriya şöbəsi olaraq bu müraciətləri müsbət qarşılanıb: “Artıq biz, vətəndaşlarımız üçün pulsuz çəkilişə qatıla biləcəyik. Çəkiliş nəticəsində dərman alacaq xəstələr bu dərmanı bizim xəstəxanadan ala biləcək.
Ölkəmiz və vətəndaşlarımız adına çox sevincliyəm, ümid edirəm ki, bu xəstəlikdən əziyyət çəkən əziz balalarımıza köməyimiz dəyəcək.
Məlumat üçün onu da deyim ki, bu dərmanı ala bilməsi üçün xəstə 2 yaşın altında olmalıdır və xəstəlik genetik test ilə təsdiqlənməlidir”.
E. Rəhimov kimin tanıdığı SMA-lı xəstə varsa “Baku Medical Plaza”ya yönləndirilməsini xahiş edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.