Zənginlər reytinqinin lideri dəyişib

25-05-2021, 06:41           
Zənginlər reytinqinin lideri dəyişib
Bernar Arnonun varidatı 710 milyon ABŞ dolları artıb

Dünya zənginlərinin “Forbes Real-Time” cari reytinqində birinci yerə “Louis Vuitton Moet Hennessy” (LVMH) geyim və dəb əşyaları şəbəkəsinin rəhbəri Bernar Arno çıxıb.

AYNA xəbər verir ki, son 24 saat ərzində onun varidatı 710 milyon ABŞ dolları artaraq 186,3 milyard dollara çatıb. Bununla da 186 milyard dolları olan “Amazon” onlayn alış-veriş portalının sahibi Cef Bezos uzunmüddətli liderlikdən sonra kiçik fərqlə ikinci yerə enib. Sonrakı yerlərdə “Tesla” və “Spaxe X” şirkətlərinin təsisçisi və rəhbəri İlon Mask (147,3 milyard dollar), “Microsoft” şirkətinin sahibi Bill Geyts (125,5 milyard dollar), “Facebook” şirkətinin sahibi Mark Zukerberq (144,7 milyard dollar) qərarlaşıblar.

“Bloomberg Billionaries İndex” versiyasına görə C.Bezos birinci pillədə qalıb, B.Arno isə ikinci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru