Sinqapurda COVID-19-u nəfəslə aşkarlayan testin istifadəsi təsdiqlənib

25-05-2021, 09:07           
Sinqapurda COVID-19-u nəfəslə aşkarlayan testin istifadəsi təsdiqlənib
Sinqapurda yeni növ koronavirus infeksiyasını (COVID-19) bir dəqiqədə aşkar edə bilən nəfəs testinin istifadəsi təsdiqlənib. “TracieX” adlanan bu cihazlardan artıq yoluxucu xəstəliklər mərkəzində və “Çangi” hava limanında istifadə edilir.

Aztibb.az www.medimagazin.com.tr-yə istinadən xəbər verir ki, nəfəs testinin biri Dubayda, ikisi Sinqapurda üç dəfə sınaqdan keçirilib. 180 xəstə üzərində aparılan təcrübədə testin dəqiqlik nisbətinin yüzdə 93 olduğu aşkarlanıb.

Sinqapur Milli Universitetindən verilən açıqlamada "Breathonix" şirkəti tərəfindən hazırlanan nəfəs testinin ada ölkəsində təsdiqlənmiş ilk analiz sistemi olduğu deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru