Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən açıqlama

5-06-2021, 15:31           
Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən açıqlama
Bu gün sosial şəbəkədə Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin bir neçə işçisinin əmək haqlarının verilmədiyinə görə yaranan narazılıqlar barədə məlumat yayımlanmışdı.
Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən verilən məlumata görə həmin vətəndaşlar Kommunal Təsərrüfatı Birliyinin rəsmi işçiləri deyil, Dost İş Mərkəzi tərəfindən işlə təmin edilib, sosial işlərə cəlb edilən vətəndaşlardır. Mərkəzin nümayəndələrinin ay ərzində mütəmadi olaraq apardıqları yoxlama zamanı onların iş yerində olmaması səbəbindən bu işçilərə ayın yekununa görə əmək haqqı verilməsi müvəqqəti dayandırılıb.
Birliyin və Dost İş Mərkəzinin birgə araşdırmaları və vətəndaşlardan alınan izahatların yekunu olaraq vətəndaşlarla söhbət aparılıb və onların faktiki işlədikləri müddətə görə əmək haqlarının verilməsi qərara alınıb. Ödənişlər bir neçə gün ərzində həyata keçiriləcəkdir.


Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru