Tək başına ordu quran, sevgilisi olan bütün kişilərin başını kəsən qadın hökmdar - FOTOLAR

6-06-2021, 00:02           
Tək başına ordu quran, sevgilisi olan bütün kişilərin başını kəsən qadın hökmdar - FOTOLAR
XVI əsrdə patriarxal Afrika torpaqlarının ilk qadın hökmdarı ...
Cəmiyyətin daha çox patriarx olduğu 16-cı əsrdə indi Zaria olaraq bilinən Zazzua şəhərində, kraliça Amina ilk qadın hökmdar olub.
Kraliça Aminanın varlığını sübut edən bir çox dəlil olsa da, bu gün bir çox insan onun həqiqətən yaşamadığını və sadəcə bir əfsanədən ibarət olduğunu düşünür.

Amina 1533-cü ildə Nigeriyanın şimalındakı Kaduna əyalətində bu gün Zaria adı ilə tanınan Hausa qəbiləsinin hökmdarları kral Nikatau və kraliça Bakva Turunkunun övladı olaraq dünyaya göz açıb. Aminanın Karama adlı bir qardaşı və Zaria adlı bir bacısı olduğu bilinir. Aminanın kiçik yaşlarından siyasi və hərbi məsələlərə marağı olub.


O dövrdə siyasət və ordu ilə yalnız kişilər maraqlanırdı. Amina atasından əvvəl kral olan babası ilə çox vaxt keçirib. 16 yaşında olanda anası onu varis seçib və 40 qadın kölə Aminaya hədiyyə edilib. Gənc və görkəmli bir kral ailəsindən olan Amina, ölkədəki kişilərin çoxunun istədiyi biriydi və xeyli sayda elçisi vardı. Amina üçün elçi gələn şəxslər ona qulluqçular, bahalı geyimlər, ziynət əşyaları gətirsələr də o bunların heç birini qəbul etmirdi.


Qardaşının hakimiyyəti dövründə Amina digər kişi döyüşçülər arasında cəsarətlə döyüşüb, dörd böyük hərbi yürüş təşkil edib. Amina o qədər cəsarətli idi ki, bütün döyüşçülərin lideri təyin edildi. O, qardaşı Kral Karamanın ölümündən sonra taxt üçün növbəti namizəd idi. 1576-cı ildə Amina Zazzuanın yeni hakimi olub. Kraliça Amina çox sərt və güclü bir hökmdar idi. Qonşu torpaqlarına qarşı çoxsaylı və böyük müharibələr aparan Amina, hökmranlığının üçüncü ayında 20 minlik piyada əsgər və 1000 nəfərlik atlı qoşun yaratdı.

Amina 34 illik hökmdarlığı dövründə heç vaxt kiminsə yanında olmağı düşünmədiyi üçün evlilik təkliflərinin əleyhinə idi.

Bir kişiyə ömür boyu sadiq qalmaq onun üçün ciddi bir məsələ sayılmırdı. Birisi ilə evlənmək əvəzinə, cinsi istəklərini təmin etmək, gecəni onunla keçirmək və ertəsi səhər gizlincə başını kəsmək üçün getdiyi hər şəhərdə bir sevgili tapmağı bacarıb. İnanmaq çətindir, amma bunu bir gecəlik yanında olduğu hər kəsə edib. 1610-cu ildə döyüşdə həlak olan Amina, 34 illik Zazzua kraliçası kimi hakimiyyətindən sonra bu gün də Afrika tarixinin ən diqqətəlayiq və güclü qadın monarxlarından biri kimi xatırlanır.
Turan Oruc
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.