Alimlər xəbərdar edirlər: "Dünyanın sonu çata bilər!"

7-06-2021, 07:19           
Alimlər xəbərdar edirlər:
Məlum olduğu kimi, Yerə yaxın müddətdə nəhəng asteroidin yaxınlaşması gözlənilmir. Lakin tədqiqatçılar bunun gec-tez baş verəcəyini bildirirlər.

Redaktor.az xəbər verir ki, Planetin Müdafiəsi Konfransında təxminən iyirmi ölkədən 200 nəfərlik bir qrup 6 ay ərzində bir asteroidin Yer kürəsi ilə toqquşacağı fərziyyəsinin üzərində çalışıb. Ancaq bu asteroidi məhv edə və ya istiqamətini dəyişdirə bilən missiya həyata keçirmək üçün mövcud texnologiyanın gücsüz olduğu, eyni zamanda vaxt məhdudiyyətinin olması diqqətə çatdırılıb.

Mütəxəssislər, planetimizi bu cür təhlükədən qorumaq üçün 5-10 il əvvəldən məlumatlı olmağın vacibliyini dilə gətiriblər.

NASA zamanla yaxınlıqdakı asteroidləri kataloqlaşdırmağı və günəş sistemi boyunca yollarını müəyyənləşdirməyi planlaşdırır. Belə olan halda Yerə yaxınlaşan hər hansı naməlum obyekti məhv etmək və ya yolunu dəyişdirmək şansı yüksək olar. Lakin bunu reallaşdırmaq üçün NASA-ya hələ ki, mövcud olmayan bir kosmik teleskop lazımdır. Belə bir teleskopun 2026-cı ildə Yer orbitinə çıxarılması planlaşdırılır.

MIT astronomu Riçard Binzel sözügedən teleskopun hazırlanması istiqamətində işlərin görülmədiyini bildirib.

"Vaxtımız get-gedə azalır. Hazırda böyük asteroidin təsirlərindən qorumaq üçün yalnız şansa güvənirik. Ancaq şans, bir plan deyil", - deyə Binzel vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru