Bu tarixdən qadınların pensiya yaşı 6 ay artacaq

6-06-2021, 19:53           
Bu tarixdən qadınların pensiya yaşı 6 ay artacaq
Xəbər verdiyimiz kimi, Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu, "Əmək pensiyaları haqqında" qanunda əksini tapıb.
“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Kişilərdə ötən il iyulun 1-də 65 yaş tamamlanıb və proses dayanıb. Qadınlarda isə ötən il iyulun 1-də həmin yaş 62 olub və 65 yaşa qədər proses davam edir. Bu səbəbdən də iyul ayının 1-də qadınların pensiya yaşı daha 6 ay artırılacaq. Yəni, hazırda qadınlar 62 yaşında pensiyaya çıxa bildikləri halda, 1 iyul tarixindən 62 yaş 6 ay tamam olmadan pensiyaya çıxa bilməyəcəklər. 2022-ci ilin 1 iyun tarixindən etibarən isə qadınların pensiya yaşı daha 6 ay artırılaraq 63 yaşa çatdırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru