Xankəndi ilə bağlı Ermənistanı qarışdıran iddia... - NƏ BAŞ VERİR?

7-06-2021, 06:19           
Xankəndi ilə bağlı Ermənistanı qarışdıran iddia... -
"Hadisələri qabaqlamaq istəmirəm, gəlin, izləyək görək nə olur. Açığı, Ermənistanın informasiya mənbələrinə etibar etmirəm. Biz də orada nəyin tikildiyini dəqiq deyə bilmərik".Bunu tanınmış politoloq İlqar Vəlizadə ötən günlərdə Xankəndidə məscid tikilməsi ilə bağlı erməni mediasında yayılan xəbərlərə münasibət bildirərkən deyib.

"Publika.az" müsahibəsində jurnalistin "Məscid tikintisi hər hansı mesaj ola bilərmi" sualına Vəlizadə maraqlı cavab verib: "Ermənistan bu kimi məsələlərdə daxili oyunlar oynayır. Bütün informasiyaları təhrif olunmuş formalarda verirlər. Kimsə kimisə “vurmaq” istəyəndə deyir ki, baxın, vəziyyət hansı həddə çatıb ki, Xankəndidə məscid tikilir. Bəlkə də o heç məscid də deyil. Ona görə də bu məsələyə reaksiya verməyə tələsməməliyik. Səbrli olmalıyıq. Düşünürəm ki, Xankəndidə də məscid tikilməlidir. Xocalıda da soyqırımı qurbanlarımızın memorialı olacaq. Buna şübhəmiz də yoxdur. Əgər bunu özümüz etsək, deyə bilərik ki, bu məsələ dəqiqdir. Kimsə həmin tikilini məscid kimi qələmə verirsə, mən bu informasiyaya bir az ehtiyatla yanaşardım. Çox güman ki, bu, feyk informasiyadır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru