Azərbaycanında və dünyada mənzillər niyə BAHALAŞIR? - Ekspert səbəbləri açıqladı

8-06-2021, 00:02           
Azərbaycanında və dünyada mənzillər niyə BAHALAŞIR? -
Mənzil qiymətlərinin artım sürətinə görə ölkələr arasında Türkiyə birinci yerdədir. 2020-ci ilin birinci rübünün sonundan cari ilin birinci rübünün sonunadək dünyanın 56 ölkə və bölgəsindəki mənzil qiymətlərilə bağlı “Knight Frank” beynəlxalq məsləhət mərkəzinin bu gün açıqladığı hesabatına görə, qonşu ölkədə 32 faizlik bahalaşma qeydə alınıb.

Azmarka.az-ın məlimatına görə, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, istər dünya, istərsə də Azərbaycan bazarında qiymət artımlarının müxtəlif səbəbləri var: “Bura makro iqtisadi göstəricilərin, eyni zamanda əhali artımını aid edə bilərik. Həmçinin istehlak qiymətlərindəki artım tikintidə maya dəyərinin bahalaşmasına gətirib çıxarır. Tikintidə maya dəyərinin artımı da qiymət artımını şərtləndirən amillərdən biridir. Bu proses inkişaf etmiş ölkələrdə nisbətən sabitdir. Azərbaycanda da son bir ildə əmlak bazarında qiymət artımı müşahidə edilib. İlkin mənzil bazarında bu artımın səviyyəsi on faizdən yüksəkdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru