Koronavirusun ən təhlükəli ştammı açıqlanıb

8-06-2021, 07:44           
Koronavirusun ən təhlükəli ştammı açıqlanıb
Koronavirusun Delta variantı (Hindistan ştammı) Böyük Britaniyada son infeksiya dalğasına səbəb olan Alfa variantından 40 faiz daha çox yoluxucudur. Eyni zamanda, iki doza peyvənd almış insanlar SARS-CoV-2-nin istənilən təhlükəli variantından eyni dərəcədə qorunmalıdır.

Bu barədə “MedicalXpress”də qeyd olunur.

Böyük Britaniya Səhiyyə Nazirliyindən bildirilib ki, Hindistan ştammı olaraq bilinən SARS-CoV-2-nin Delta variantı hazırda Britaniyada üstünlük təşkil edir.

Mütəxəssislər müəyyənləşdiriblər ki, ikiqat peyvəndləmə koronavirusun həm Alfa, həm də Delta variantına qarşı eyni qoruma təmin edir.

Tək bir doza Hindistan ştammına qarşı o qədər təsirli deyil. Britaniyanın Səhiyyə naziri Metyu Henkun sözlərinə görə, indiyə qədər xəstəxanalara müraciətlərin sayı azalıb və hər iki dozada peyvənd olunduqdan sonra COVID-19 səbəbiylə çox az insan xəstəxanaya yerləşdirilib.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru