Ermənilərin HHM-si bu üsulla məhv edilib – Əvvəlcə "An-2" təyyarəsi göndərilir, sonra pilot... – FOTO

8-06-2021, 12:25           
Ermənilərin HHM-si bu üsulla məhv edilib –
İkinci Qarabağ müharibəsi vaxtında Ermənistanın hava hücumundan müdafiə (HHM) sistemlərinin məhv edilməsi üsulu qrafik şəklində yenidən yayılıb.
Yeniavaz.com xəbər verir ki, İkinci Qarabağ müharibəsində istifadə olunan ən uğurlu taktikalardan biri Ermənistan ordusunun hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi üsuludur. Belə ki, ermənilərin S-300 və digər HHM sistemlərinin yerini tapmaq üçün əvvəlcə "An-2" təyyarəsi havaya qalxır. Qısa müddət sonra pilot təyyarəni avto idarəetməyə qoyaraq paraşütlə tullanır. "An-2" pilotsuz şəkildə uçuşa davam edir. Bir neçə dəqiqə sonra HHM təyyarəni tutur və məhv edir. Beləcə düşmənin hava hücumundan müdafiə sistemlərinin yeri məlum olur. Daha sonra "Bayraktar" havaya qalxır və rahat şəkildə hədəfi darmadağın edir.
Həmin taktikanın qrafikini təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru