“Ararat” mehmanxanasında GÖRÜŞ - Minaların “qara xəritəsini” tərtib edən rus mayoru kimdir?

8-06-2021, 20:19           
“Ararat” mehmanxanasında GÖRÜŞ -
“Moskvada “Ararat” mehmanxanasında erməni diasporunun nümayəndələri Qarabağın ərazisində basdırılan minalarla bağlı müzakirələr aparıblar. Burada məlum olub ki, kifayət qədər ərazi minalanıb. Lakin bildirilir ki, hazırda Ermənistanda minalanmış ərazilərin xəritələri yoxdur. İddia edilir ki, xəritələr Rusiya Baş Kəşfiyyat idarəsində xəritəçəkmə və xəritəbölüşdürmə şöbəsindədir. Həmin şöbədə strateji olduğu üçün məlumatlar gizli saxlanılır. Ermənilər guya xəritələri verib Azərbaycan tərəfində saxlanılan erməni terrorçuların bəzilərini azad etmək istəyirlər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Rövşən Novruzoğlu deyib.

O bildirib ki, hazırda erməni diaspor nümayəndələri Rusiyanın rəsmi hərbi dairələrinə çıxış əldə etmək üçün baş sındırırlar.

Çünki, faktiki Ermənistanda elə bir hərbi sitem olmayıb ki, ağıllı-başlı xəritə çəksin, mina xəritəsi düzəltsin. İndi onlar da çıxılmaz durumdadırlar, çünki “mina xəritələri yoxdur” demək onların dövlətçilklərini şübhə altına alır, “var, vermirəm” demək isə xarakterlərini üzə çıxarır. Rusiyadakı erməni lobbisi pul gücünə də olsa, bu xəritələri Moskvadan qoparmağa çalışır.

R.Novruzoğlu bir neçə gün bundan əvvəl Kəlbəcərin Susuzluq kəndi ətrafında minaya düşüb həlak olan jurnalistlərin ölümünə səbəb olan tank əleyhinə minalardan da söz açıb. O, qeyd edib ki, tədqiqatların nəticələrinə görə, jurnalistlərin avtomobili TM -72 markalı tank əleyhinə minaya düşüb.

Mütəxəssisin sözlərinə görə, bu minalar ən çox Kəlbəcər və Laçın istiqamətində basdırılıb.

“Sizə bir fakt deyim bu minalardan Kəlbəcər zonasının Keşdək və Birinci Milli yolun arasında artıq 64 ədəd var. Bundan başqa Zülfüqarlı ilə Taxtabaşı ərazisində də bu minadan 122 ədədi var. Laçın tərəfdə olan minalardan isə 17 ədədi daha ağırdır. Orada şimal hissəsində Qarıqışlaq adlanan ərazi var, Malıbəyli kəndinin ətəyi, orada da çoxlu sayda mina basdırılıb”.

Söhbət əsnasında politoloq ermənilərin əsas xəritədə olmayan gizli basdırdıqları minalardan da danışıb.

O, vurğulayıb ki, vaxtıkən bu ərazilər barədə ermənilər qara xəritə deyə bir sənəd hazırlayıblar. Onlara bu işdə istefada olan erməni əsilli rus mayoru Erik Aşotoviç Qaraxanyan yardım edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.