400 milyard dollardan artıq pul qazanan, 1%-dən aşağı vergi ödəyən MİLYARDERLƏR

10-06-2021, 00:18           
400 milyard dollardan artıq pul qazanan,
Amerikalı milyarderlərin çox az vergi ödədiklərini və hətta vergidən yayındıqlarını göstərən məlumatlar yayılıb.

Teref.az yazır ki, biznesmedia-nın verdiyi xəbərə görə, Nyu Yorkda yerləşən tədqiqatçı media qurumu "ProPublica" Ceff Bezos (Jeff Bezos), Elon Mask (Elon Musk) və Maykl Blomberq (Michael Bloomberg) daxil olmaqla dünyanın ən varlı insanlarının vergi bəyannamələri haqda məlumat yayımlayıb.

"ProPublica"nın məlumatına görə, Amazon"un qurucusu və direktoru Bezosun 2007-ci il və 2011-ci illərdə, "Tesla"nın qurucusu və direktoru Maskın isə 2018-ci ildə vergi ödəmədiyi iddia edilib.

Qeyd edək ki, vergidən yayınma sxemlərini “ProPublica” jurnalistləri “Forbes”un hesabladığı gəlirlə müqayisə edərək aşkarlayıblar. Araşdırmada deyilir ki, 2014-cü ildən 2018-ci ilə qədər orta təbəqədən olan ABŞ ailəsinin gəlir vergisi 14% olsa da, Mask bunun cəmi 3.27%-ni ödəyib.

“Maskın vergi bəyannamələri heç bir şəkildə onun sahib olduğu sərvəti əks etdirmir, – deyə “ProPublica” yazır. – 2015-ci ildə iş adamı 68 min dollar, 2017-ci ildə 65 min dollar, 2018-ci ildə isə 0 dollar ödəyib. Beləliklə, 2014-2018-ci illər arasında onun ödədiyi real vergi dərəcəsi 3.27% təşkil edib”.

Dünyanın ən varlı adamı Ceff Bezos isə 2007-ci ildə 46 milyon dollar qazansa da, ABŞ büdcəsinə heç nə köçürməyib. “Forbes”a görə, milyarder 2006-2018-ci illərdə sərvətini 127 milyard dollar artırıb, lakin onun real vergi dərəcəsi cəmi 1.1% təşkil edib.

Qeyd edək ki, “ProPublica” araşdırmasında 2016 və 2017-ci illərdə gəlir vergisi ödəməyən siyasətçi Maykl Blumberq və maliyyəçi Karl Aykan da daxil olmaqla, ABŞ-ın digər varlı insanları yer alıb.

Jurnalistlər yazırlar ki, bir çox top-menecerlər daha az vergi ödəmək üçün əmək haqqını qəsdən aşağı göstərirlər. Məsələn, “Facebook”un rəhbəri Mark Çukerberq rəsmi olaraq ildə cəmi 1 milyard dollar qazanıb. Bunun səbəbi ABŞ-da əmək haqqından tutulan verginin çox yüksək olmasıdır.

Nəzərə çatdıraq ki, Ağ Ev sözçüsü məlumatı "qanunsuz" olaraq xarakterizə edib və məsələ ilə bağlı araşdırmanın Federal İstintaq Bürosunun (FTB) vergi agentliyinə tapşırıldığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.