Əlilik dərəcələri ilə bağlı yaranmış gərginliyə aydınlıq....- Rey Kərimoğlu yazır
9-06-2021, 21:31
Əlillik dərəcəsi verilməsinə səbəb olan xəstəliklərin bir hissəsini Nazirlər Kabineti və Milli Məclis xəlvətcə, heç vətəndaşın ruhu da incimədən, siyahıdan çıxarıb. Bu gün yaşanan problemlərin əsas səbəbi budur. Heç kəsə saxta əlil deməyə tələsməyin. 20 İldir adam adı əlillik dərəcəsi verilməsinə səbəb olan xəstəliyə görə əlillik dərəcəsi alıb və buna görə də tam qanuni pensiya alıb dövlətdən! 2016-cı ildən Nazirlər kabinetinin və 2015 ci ildə MM də qəbul edilmiş qərarlarla əlilliyə səbəb olan xəstəliklərin bir qismi çıxarılıb siyahıdan. İndi əlillik dərəcəsi müddəti bitən insanların pensiyasın kəsirlər ki, daha bu xəstəliyə görə əlillik dərəcəsi düşmür.
Dirəniş göstərib təkrar komissiyaya gələnlərə isə ay "sağlamısan" gah da "saxtasan" deyirlər. Adam 5 il əvvəl komissiyadan keçəndə bu xəstəliyə əllik dərəcəsi düşürdü, indi daha düşmür! Başa düşdünüzmü?!
Dərhal dayandırılmalıdı bu komediya və bərpa edilməlidir əvvəlki xəstəliklərin siyahısı! Əcəb işdir ey, vallah, ölkədə vəziyyət yaxşılaşdıqca, kasıb-kusubdan kəsmə, qənaət əməliyyatları başlayır! Olmaz!
P.S. Mən demirəm ki, bütün əlillik qrupu tam ədalətli və doğrudur. Bəli, müxtəlif yollarla sağlam ola-ola əlillik dərəcəsi düzəldən adamlar var və az da deyil!
Teref.az