Maaş və ya pensiya alanlar bankları niyə özləri seçə bilmir? - AÇIQLAMA

10-06-2021, 16:27           
Maaş və ya pensiya alanlar bankları niyə özləri seçə bilmir? - AÇIQLAMA
"Xidmətlərin inhisarlaşması, məmur biznesi və korrupsiya mövcud mənzərənin formalaşmasına rəvac verib”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda müştərilərin əməkhaqqı, pensiya, müavinətlərin ödənilməsi xidmətini həyata keçirən bankları sərbəst seçmək hüququna malik olmamaları səbəbindən danışarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, bu vəziyyət Azərbaycanda geniş yayılıb:

"Xidmətlərin inhisarlaşdırılması prosesi gedir. Müəyyən səlahiyyət sahibləri bu səlahiyyətdən sui-istifadə edərək, dövlət tərəfindən satılan xidmətlərin öz maraqlarında olan bəzi banklara yönləndirilməsi yolu ilə həmin xidmətdən kifayət qədər böyük gəlir əldə edirlər. Belə xidmətlər Azərbaycanda ödənişsiz şərtlərlə həyata keçirilmir. Həmin xidmət qarşılığında bəzi banklara dövlət vəsaitləri hesabına böyük kommisiyalar verilir.

Eyni zamanda, məmur biznesinin geniş yayılması, korrupsiya mövcud mənzərənin formalaşmasını şərtləndirən əsas məqamdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru