Ermənistan ordusunun Xocalıdakı döyüş texnikalarının peyk görüntüləri yayıldı... - NƏ NİŞANGAHA GƏLİRLƏR?

29-06-2021, 09:27           
Ermənistan ordusunun Xocalıdakı döyüş texnikalarının peyk görüntüləri yayıldı... -
“Ermənistan Müdafiə Nazirliyi hələ də kamuflyajın əsaslarını öyrənməyib. Adi azərbaycanlıların “Bayraktar”lara belə ehtiyacları yoxdur, sadəcə, “Google maps”la düzgün davranmağı bacarmaq kifayətdir”.

Moderator.az xəbər verir ki, bunu qəsbkar Ermənistanın “AntiTuran” teleqram-kanalı yazıb.

Erməni zabitlərinə “utanın, yoldaş zabitlər!” yazan nəşr Ermənistan ordusunun Xankəndi, Xocalı şəhərlərində, eləcədə Xocalı rayonunun Ballıca kəndindəki döyüş texnikalarının peyk görüntülərini təqdim edir.

“Peyk foto-şəkilləri Stepanakert(Xankəndi-S.L.) şəhərində təmir olunan hərbi texnikanı nümayiş etdirir.

10 ədəd “D-20” və “Qiatsind-B” (səhra topları, haubitsalar) və PDM.

4-cü foto.

Aygestan kəndi(Xocalı rayonu Ballıca kəndi) yaxınlığında, haubitsalı yük maşınları:

7 ədəd “D-20” və 8 ədəd “D-30” haubitsaları.

5-ci foto.

İvanyanda(Xocalı şəhəri- S.L.) “D-44” və “D-30” haubitsalı 8 yük maşını.

Bu hərbi hissələrin bütün koordinatları Azərbaycan teleqram-kanallarında gəzir”.
-erməni telekanalının məlumatında belə deyilir.

Qeyd:

Erməni teleqram-kanalında “4-cü foto” kimi qeyd edilən görüntü bizim xəbərdə baş foto kimi, “5-ci foto” kimi təqdim edilən şəkil isə mətndə 2-ci olaraq verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru