Toylar başlamadan alın:

29-06-2021, 10:24           
Toylar başlamadan alın:
İyul ayının 1-dən etibarən rəsmi şəkildə toyların təşkilinə icazə verilib. Toy mövsümünün başlaması qızıl bazarında müəyyən canlanmaya səbəb olub. Bu vəziyyət satıcıları sevindirsə də, əslində, qiymətlərə təsir göstərməyib deyirlər. Zərgərlik məhsulları elə pandemiyadan əvvəlki qiymətlərlə müştərilərə təklif olunur

İki ilə yaxın bir fasilədən sonra toy məclislərinin təşkilinə icazənin verilməsi qızıl bazarında da canlanmaya səbəb olub. Vətəndaşlar toy bazarlığı üçün qızıl dükanlarına üz tuturlar.

Vitrinləri bəzəyən cürbəcür qızılların dizaynları kimi qiymətləri də fərqlidir. Bu qiymətlər qızılın əyarına, çəkisinə, firmasına, istehsal ölkəsinə və üzərindəki işləmələrə görə dəyişir.

Satıcılar qiymətlərin qalxmadığını deyirlər. Onların sözlərinə görə, pandemiyadan əvvəl qiymətlər hansı səviyyədə idisə, indi də elə qalıb.

Elə alıcılar da qiymətlərin qalxmadığını deyirlər.

Qızıl ticarəti ilə məşğul olanlar yaxın gələcək üçün qızılın qiymətinin artmayacağını proqnozlaşdırırlar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.