İntihar edən polis rəisinin qohumları şokdadır: “Bir neçə gün əvvəl küçədə…”

10-07-2021, 22:42           
İntihar edən polis rəisinin qohumları şokdadır:
İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.

Teref.az-ın məlumatına görə, virtualaz.org polkovnik-leytenant Rahib Mirzəyevin intiharının mümkün səbəblərini öyrənmək üçün onu yaxından tanıyan bəzi adamlarla söhbətləşib. Onların hamısı Mirzəyevi dürüst, təvazökar və layiqli zabit kimi xarakterizə ediblər.

Yaxın tanışlarından biri belə deyib: "Mən bir neçə gün əvvəl Rahibi təsadüfən küçədə görmüşdüm. Əhvalı yaxşı idi, sağlam görünürdü və heç bir borcu, xidmətdə heç bir problemi yox idi. Rahib nümunəvi ailə başçısı idi, onun iki övladı - bir oğlu və bir qızı var. Doğrudan da intihar edibsə, bizim hamımız üçün əsl şok oldu”.

Sayt əməkdaşı həmçinin mərhumun yas məclisində də olub. Orada polis bölməsi rəisinin yaxın tanışları, qohumları toplaşıb. Jurnalist toplaşanlardan bir neçəsi ilə söhbətləşsə də, onların hamısı faciə barədə anlaşılmazlıq içərisində olublar. Heç kim zabitin nədən intihar etdiyini bilmir…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.