Koronavirusun Britaniya ştammı eyni adlı ölkədə yayıldı, lakin hazırda bu ölkədə yoluxmaların böyük hissəsini delta ştammı təşkil edir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyinin Elmi Şura üzvü professor Atəş Kara delta ştammı ilə Britaniya ştammı arasındakı fərq haqda danışarkən deyib.
"Niyə narahat olmalıyıq? İlk virusu Uhan virusu hesab etsək, onu izləyən Britaniya variantı 2 dəfə çox yayılırdı. Xəstəliyin ağırlığında heç bir fərq yaratmamışdı. Delta ştammı isə Britaniya ştammına görə 2 dəfə çox yoluxucudur. Nə edə bilərik?
Birincisi, maska və məsafə çox təsirli üsuldur. İkincisi, peyvəndlər çox təsirlidir. İkinci dozanı qəbul ediriksə, demək, deltaya qarşı qorunuruq. Peyvənd olunanların bəzilərində delta ştammı ilə boğaz ağrısı kimi şeylər ola bilər.
Bu gün delta ştammının, sabah başqa bir ştammın olacağını bilməli və sosial məsafəyə diqqət yetirməliyik", - deyə professor bildirib.